Az.shafaqna.com-un verdiyi xəbərə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Sadiq vəd – 4” əməliyyatının 85-ci dalğasını həyata keçirib.

ISNA istinadən xəbər verir ki, ABŞ və İsrailin sənaye obyektləri raket və pilotsuz uçuş aparatları (PUA) ilə atəşə tutulub.

“Bir neçə ağır sənaye obyektinə raket və PUA hücumları təşkil edərək onların bir hissəsini məhv etdik”,- deyə məlumatda bildirilib.

Qeyd olunub ki, ABŞ və İsrailin hərbi hava qüvvələri (HHQ) qırıcı təyyarə və dronlar vasitəsilə İranın hücumunun qarşısını almağa çalışıb: “Lakin SEPAH-ın hava hücumundan müdafiə sistemi Amerikanın bir ədəd “MQ9” strateji PUA-sını Şiraz səmasında, “F-16″ qırıcısını isə Fars vilayətinin cənubunda vurub”.

Bildirilib ki, qırıcı təyyarə Səudiyyə Ərəbistanındakı hava limanlarından birinə eniş etməzdən əvvəl məhv edilib.