Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Mədəniyyət, İdman və Gənclər Nazirliyinə sabiq ədliyyə naziri Tea Tsulukiani başçılıq edəcək.
Bu barədə məlumatı deputat Maya Menaqarişvili təsdiq edib.
“Mənə məlum olduğu qədər, planlaşdırılır”, – deyə o, jurnalistlərə bildirib.
Xatırladaq ki, yanvar ayının sonunda Gürcüstan Baş naziri Giorgi Qaxariya bəyan etmişdi ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi iki müstəqil quruma bölünür – Təhsil və Elm Nazirliyi, həmçinin Mədəniyyət, İdman və Gənclər Nazirliyi.
Hökumət strukturundakı dəyişikliyə dair qərar artıq hazırlanıb.
Qeyd edək ki, Tsulukiani hazırda deputatdır və parlamentin təhsil, elm və mədəniyyət komitəsinin sədri vəzifəsini tutur.
Bu məqaləni paylaş