Yəmən ordusu müharibəyə daxil olub. İlk olaraq, İsraildə yerləşən mühüm obyektlərə ballistik raket zərbələri endirilib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin (“Ənsarullah” hərəkatı, husilər) rəsmisi briqada-generalı Yəhya Sərii bəyan edib.

Yəmənin silahlı qüvvələri ABŞ-İsrail aqressiyalarına etiraz olaraq və İran, həmçinin Livan, İraqFələstindəki müqavimət cəbhəsinə dəstək məqsədilə İsrailin cənubundakı həssas və mühüm hərbi hədəflərə qarşı ballistik raketlərlə zərbələr endirib.

O vurğulayıb ki, bu addım regionda davam edən hərbi gərginlik, infrastrukturun bombardmanı və Livan, İran, İraq və Fələstində baş verən hadisələr fonunda atılıb.

Xatırladaq ki, “Ənsarullah” lideri Əbdül-Məlik əl-Husi Yəmənin İslam Respublikası və regiondakı digər müttəfiqlərə birbaşa hərbi dəstək verəcəyini elan etmişdi.

ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb. ABŞ-İsrail mart ayının əvvəlindən İranda, eləcə də İraqda, Livanda minlərlə dinc sakin qətlə yetirib.

Qeyd edək ki, Livanın “Hizbullah” hərəkatı və İraqın müqavimət cəbhəsi, o cümlədən də “Həşdi Şəbi” də İrana dəstək olaraq döyüşlərə qatılıb, İsrailə və regiondakı ABŞ hərbi bazaları və maraqlarına zərbələr endirirlər.