Səudiyyə Ərəbistanı ərazisində yerləşən aviabazada bir neçə yanacaq daşıyan təyyarə sıradan çıxarılıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) bəyan edib.

Qeyd edilib ki, Əl-Xarc şəhərində yerləşən və ABŞ hərbçilərinin yerləşdiyi Şahzadə Sultan aviabazasına zərbələr endirilib.

ABŞ-a dəstəkləyən logistika sisteminə aid olan bir neçə yanacaq təyyarəsi məhv edilib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb.