Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfəri çərçivəsində buradakı ukraynalı hərbi ekspertlərlə görüş keçirib.

Az.shafaqna.com xəbər verir ki, bu mütəxəssislər artıq bir həftədən çoxdur ki, Səudiyyə Ərəbistanı ərazisində hava hücumundan müdafiə sistemlərinin zəif tərəflərini araşdırır və İran istehsalı olan dron və raketlərə qarşı mübarizə üzərində işləyirlər.

Görüş zamanı əldə olunan nəticələrə əsasən, tərəflər gələcəkdə uzunmüddətli əməkdaşlıq qurulmasını və xüsusilə dronlara qarşı mübarizə sahəsində birgə fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.