
Az.shafaqna.com xəbər verir ki, əmtəə bazarlarında qızılın qiymətində artım müşahidə olunub. Belə ki, bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri yüksəlib.
Birja məlumatlarına əsasən, Nyu-Yorkdakı COMEX birjasında 2026-cı ilin iyun ayı üçün qızıl fyuçersləri 1,41% bahalaşaraq 4 471,20 dollara çatıb.
Eyni zamanda, həmin birjada gümüş də bahalaşıb. 2026-cı ilin may fyuçersləri üzrə gümüşün bir unsiyasının qiyməti 2,57% artaraq 69,68 dollar olub.






























