Az.shafaqna.com xəbər verir ki, Qarabağ müharibəsi şəhidlərinin övladları üçün Türkiyə xüsusi təqaüd ayıracaq.
Abdullah Eren sosial media hesabından bu haqda məlumat verib.
O “Can Azərbaycanın Qarabağ Zəfərində şəhid olan qəhrəmanlarının övladlarına bu il Türkiyə Bursları çərçivəsində özəl birkvota ayırırıq.”, -deyə bildirib.
“Türkiyədə məzun olan tələbələr ölkələrində önəmli vəzifələrə sahib olaraq, həm ölkələrində, həm də ölkələri ilə Türkiyə arasında əlaqələrə ciddi töhvələr verirlər.
Türk dünyasında da bürokratiyadan siyasətə, təhsildən sənətə önəmli Türkiyə məzunları vardır. Keçən il iyul ayında Tovuzda Ermənistan ilə döyüşdə şəhid olan Azərbaycanın Generalı Polad Həşimov da Türkiyə məzunu idi.”, -deyə Abdullah Eren əlavə edib.
❝Can #Azerbaycan🇦🇿’ın Karabağ Zaferi’nde şehit düşen kahramanlarının evlatlarına bu yıl @TurkiyeBurslari kapsamında özel bir kontenjan ayırıyoruz. #Türkiye🇹🇷 her alanda olduğu gibi eğitim alanında da kardeşlerinin yanında.❞ #İkiDevletBirMillet
📺https://t.co/RhjNtO8GN5 pic.twitter.com/8DsxKsRjlY
— Abdullah Eren (@abdullah_eren) February 6, 2021
Xarici tələbələr üçün Türkiyə təqaüdlər proqramı üçün son müraciət tarixi 20 fevral 2021-ci ildə olacaqdır.
Müraciət və ətraflı məlumatı www.turkiyeburslari.gov.tr saytından əldə etmək olar.
Qeyd edək ki, burs – həm aylıq yardım kimi, həmdə təhsil haqqının ödənilməsi mənasını verir.