FİFA futbolda yeni qaydaları açıqladı

Az.shafaqna.com-un verdiyi xəbərə görə, FİFA futbolda bir sıra yeni qaydalar açıqlayıb.

Bu qaydalar 2026-cı il dünya çempionatından etibarən tətbiq ediləcək.

Yeni qaydalara əsasən:

– Əgər əvəzedici oyunçu meydanı 10 saniyə ərzində tərk etməzsə, onu əvəz edən futbolçu meydana daxil olmazdan əvvəl bir dəqiqə gözləməli olacaq.
– Tibb heyəti tərəfindən müalicə olunan futbolçu bir dəqiqə ərzində meydandan kənarda qalmalı olacaq.
– VAR sisteminə ikinci sarı vərəqələr və mübahisəli künc zərbələri ilə bağlı epizodları nəzərdən keçirmək səlahiyyəti veriləcək.
– Oyunçular topun oyuna daxil edilməsi və ya qapıdan zərbə zamanı vaxt itirərsə, hakim beş saniyəlik geri sayım tətbiq edəcək.
– Qayda pozuntusu halında top rəqib komandaya veriləcək: yan xəttdən oyuna daxil etmə və ya künc zərbəsi ilə.

Bu məqaləni paylaş