İsrail məscidi bombalayıb dağıtdı – ANBAAN VİDEO

328
0

İsrail ordusu Livanda məscidə hücum edərək onu partladıb.

Az.shafaqna.com xəbər verir ki, İsrail hərbçiləri 23 mart tarixində Livanın cənubunda yerləşən əl-Xiyam şəhərinin yaşayış rayonundakı məscidin daxilində bomba, partlayıcı maddələr yerləşdirərək onu dağıdıblar.

Xatırladaq ki, İsrail Livana hücumlar edərək dinc insanları və mülki infrastrukturu hədəf alır. 2 martdan bəri təxminən 1 100 günahsız livanlı qətlə yetirilib ki, onların da arasında çox sayda uşaqlar və qadınlar var. Yaralıların sayı 2,8 min nəfəri keçib. Həmçinin 1 milyondan çox Livan sakini öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, ABŞ və İsrail Yaxın Şərqdə – Qəzza sektorunda (Fələstin), Livanda, Yəməndə, İraqda və İranda 100 mindən çox dinc insanı qətlə yetirib ki, onların arasında çox sayda uşaqlar, qadınlar və yaşlılar var.