Küveyt hakimiyyəti regionda baş verən hadisələr fonunda qonşu ölkələrdə mümkün radiasiya sızması barədə ölkə sakinlərini xəbərdar edib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Küveyt Milli Qvardiyasının açıqlamasında bildirilir.
Milli Qvardiya nümayəndələri, eləcə də müdafiə, daxili işlər və səhiyyə nazirlikləri mümkün radiasiya sızması ilə bağlı açıqlamalar veriblər.
Rəsmilər qeyd ediblər ki, Küveytə ən yaxın nüvə reaktoru 240 kilometrdən artıq məsafədə yerləşir və bu da radiasiyanın təsir ehtimalını xeyli azaldır.
Bildirilib ki, mümkün yayılmaların böyük hissəsi Küveyt sərhədlərinə çatmamış təsirini itirəcək, buna görə də panikaya əsas yoxdur.
Tam təhlükəsizliyi təmin etmək məqsədilə vətəndaşlara və ölkə sakinlərinə fövqəladə vəziyyət zamanı evdə qalmaq, küçəyə çıxmamaq, həmçinin radioaktiv maddələrin daxil olmasının qarşısını almaq üçün qapı və pəncərələri möhkəm bağlamaq tövsiyə olunur.
Hakimiyyət orqanları həmçinin sakinləri vəziyyəti yalnız rəsmi mənbələr vasitəsilə izləməyə və bundan sonra elan ediləcək tədbirlərə əməl etməyə çağırıblar.
Xatrıladaq ki, ABŞ və İsrail 28 fevralda İran qarşı müharibə elan ediblər. Onlar beynəlxalq hüququ pozaraq İran ərazisindəki dinc nüvə obyektlərinə, atom elektrik stansiyasılarına zərbələr endirirlər.
