Afrika Birliyinin 34-cü zirvә görüşü sona çatıb.
Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Afrikalı liderlәr zirvә görüşündә dünyada yayılan yeni növ koronavirus epidemiyası ilә mübarizә vә qitәdәki mәdәni irsin qorunması mәsәlәlәrini müzakirә ediblәr.
Zirvә görüşünün sonunda Afrika Birliyinin yeni dönәm sәdri vә Konqo Demokratik Respublikasının prezidenti Feliks Tşisekedi çıxış edib.
Mәdәniyyәtsiz cәmiyyәtlәrin ruhsuz cәmiyyәtlәr olduğunu söylәyәn Tşisekedi Afrika Birliyinin 2021-ci ildә Seneqaldakı Qora adasının yenidәn inşası, Әlcәzairdәki böyük Afrika muzeyi, Misirdәki böyük Misir muzeyinin inşası kimi layihәlәri dәstәklәyәcәyini bildirib.
Tşisekedi Afrikanın mәdәni irsini qorumaq çәrçivәsindә Avropada yerlәşәn Afrika mәdәni irsinә aid әsәrlәrin buralardan tәlәb edilәcәyini bildirib.