
Az.shafaqna.com-un verdiyi xəbərə görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Yəməndəki husilərdən Təşkilatın 73 əməkdaşını dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
Bu, Ali Komissar Volker Türkün BMT-nin “Həbs edilmiş və itkin düşmüş əməkdaşlarla Beynəlxalq Həmrəylik Günü” münasibətilə yaydığı bəyanatda əks olunub.
Volker Türk bəzi əməkdaşların artıq beş ildir azadlıqdan məhrum edildiyini və saxlanılanlar arasında onun rəhbərlik etdiyi qurumun səkkiz əməkdaşının da olduğunu vurğulayıb.
Qeyd olunur ki, Yəmən xalqına xidmət edən fəaliyyətlər həyata keçirən BMT əməkdaşlarının saxlanılması və onların cinayətdə ittiham edilməsi yolverilməzdir.
Husilər saxlanılan şəxsləri casus şəbəkələrində fəaliyyət göstərməkdə ittiham etsə də, BMT bu iddiaları qəti şəkildə rədd edir.






























