
İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani hərbi hospitala endirilən zərbə ilə bağlı ABŞ-ın Bağdaddakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırılması barədə göstəriş verib.
Az.shafaqna.com xəbər verir ki, bu qərar son hücum nəticəsində yaranan vəziyyətlə əlaqədar qəbul olunub. Hadisə zamanı 7 hərbçi həyatını itirib, 13 nəfər isə yaralanıb.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda Ənbar vilayətində yerləşən hərbi hospitalın aviazərbəyə məruz qalması və nəticədə itkilərin olduğu bildirilmişdi.






























