CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 100?

Az.shafaqna.com xəbər verir ki, Suriyada uçuşlara qoyulan məhdudiyyətlərin müddəti daha iki gün uzadılıb.

Dəməşq Uçuş Məlumat Xidməti bildirib ki, hava məkanında uçuşlar martın 26-sı, cümə axşamı yerli vaxtla saat 21:00-dək məhdudlaşdırılacaq.

Bu müddət ərzində yalnız Hələb hava limanı sərnişin reysləri üçün fəaliyyət göstərməyə davam edəcək.

Xatırladaq ki, bu məhdudiyyətlər fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin fonunda tətbiq olunub.