Az.shafaqna.com-un verdiyi xəbərə görə, Məhəmməd Baqer Zolqədr İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Bu barədə İran Prezident Administrasiyasının informasiya xidmətinin rəhbər müavini bildirib.
Təyinat Prezidentin sərəncamı ilə, Ali Liderin rəyi və təsdiqi nəzərə alınmaqla həyata keçirilib.
Zolqədr karyerası ərzində bir sıra yüksək vəzifələrdə çalışıb. İran-İraq müharibəsindən sonra o, səkkiz il ərzində Birləşmiş Qərargahın rəisi vəzifəsini tutub (1989–1997), daha sonra isə 1997–2005-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini olub.
Bundan əlavə, Zolqədr daxili işlər nazirinin müavini kimi çalışıb, həmçinin İranın məhkəmə sistemində, o cümlədən Ali Məhkəmədə vəzifələr tutub.
Bu məqaləni paylaş
