
“Hörmətli müsəlman dostlarım siz bir daha qarşılıqlı hörmətin ən gözəl nümunəsini göstərdiniz”.
Az.shafaqna.com xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze müsəlman icmasını Ramazan Bayramı və Novruz Bayramı münasibətilə təbrik edib.
O, Katolikos-Patriarxın vəfatı və dəfn günlərində müsəlman icmasının göstərdiyi dəstək, möhkəmlik və qarşılıqlı hörməti yüksək qiymətləndirib.
“Hörmətli müsəlman dostlarım, istəyirəm, bir qədər gec də olsa sizləri Ramazan Bayramı və Novruz Bayramı münasibətilə təbrik edim. Bütün Gürcüstanın Katolikos-Patriarxının vəfatı və dəfn günlərində siz bir daha böyük dəstək, möhkəmlik və qarşılıqlı hörmətin ən gözəl nümunəsini göstərdiniz.
Yenilənmənin, ümidlərin və mənəvi möhkəmliyin simvolu olan bu bayramlar Gürcüstanda uzun illərdir qeyd olunur və biz sizinlə birlikdə, bütün qəlbimizlə bu sevinci paylaşırıq.
Gürcüstanın gündəlik həyatı və mədəniyyəti müxtəlif millətlərin nümayəndələri olmadan təsəvvür edilə bilməz və son günlərdə bu bir daha aydın göründü. Bütün Gürcüstanın Katolikos-Patriarxının vəfatı və dəfn günlərində siz bir daha böyük dəstək, möhkəmlik və qarşılıqlı hörmətin ən yaxşı nümunəsini göstərdiniz.
Dəstəyiniz, hörmətiniz və ağrımızı paylaşdığınız üçün sizə böyük təşəkkürümü bildirirəm.
Təbrik edir, xoşbəxtlik, sevinc və rifah arzulayıram!” – deyə Kaladze bildirib.





























