Az.shafaqna.com xəbər verir ki, ABŞ ilə İran arasında gərginliyin artması fonunda Səudiyyə Ərəbistanı və BƏƏ-nin hərbi əməliyyatlara qoşulma ehtimalı gündəmdədir. Məlumata görə, Tehran bu ölkələrin ərazilərinə zərbələr endirdiyi üçün onlar Vaşinqtonla birgə hərəkət edə bilər.

“The Wall Street Journal”ın mənbələrinə istinadən bildirilir ki, Səudiyyə Ərəbistanı artıq ABŞ-a ölkənin qərbində yerləşən “Kral Fəhd” aviabazasından istifadə icazəsi verib və rəsmi Ər-Riyadın münaqişəyə qoşulması məsələsi zaman məsələsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhan əl-Səud ölkəsinin səbrinin məhdud olduğunu vurğulamışdı.