Kobaxidze Gürcüstan müsəlmanlarına təşəkkür etdi

“Çətin gündə müsəlman icmasının göstərdiyi qardaş dəstəyini heç vaxt unutmayacağıq”

Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan baş naziri İrakli Kobaxidze müsəlman gürcüstanlılaeı Ramazan və Novruz bayramları münasibətilə təbrik edərkən bildirib.

O xatırladıb ki, bu il bayram günləri bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı və milli matəm günlərinə təsadüf edib.

İ.Kobaxidze müsəlman icmasına bu çətin günlərdə göstərdikləri həmrəyliyə görə xüsusi təşəkkürünü ifadə edib:

“Müsəlman icmasına səmimi başsağlığı paylaşdıqları və bu günlərdə bayram tədbirlərini ləğv etdikləri üçün xüsusi minnətdarlığımızı bildiririk. Bu qardaş dəstəyi heç vaxt unutmayacağıq”.

Baş nazir vurğulayıb ki, çətin və sevincli günlərdə birlik nümayiş etdirmək ölkənin birliyinin əsasını təşkil edir. O bildirib ki, əsrlər boyu müxtəlif icmalar Gürcüstan tarixini birlikdə formalaşdırıb və bu gün də gələcək nəsillər üçün daha yaxşı gələcək qururlar.

O, müsəlman icmasına sülh, sağlamlıq və firavanlıq arzulayıb.

Bu məqaləni paylaş