Az.shafaqna.com xəbər verir ki, son günlər ərzində Gürcüstanda aparılan yoxlamalar zamanı daha 105 əcnəbinin ölkədə qanunsuz yaşadığı aşkarlanıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər müxtəlif ölkələrin, o cümlədən Türkiyə, Hindistan, Çin, Rusiya, Türkmənistan, Azərbaycan, İordaniya, Mərakeş, Banqladeş, Myanma, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Belarus, Misir, Livan, Nepal və Sudan vətəndaşlarıdır.
Qanun pozuntusuna görə bu şəxslər ölkədən deportasiya edilib və mövcud qaydalara uyğun olaraq onların Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Nazirlik həmçinin bildirib ki, bu ilin əvvəlindən indiyədək ümumilikdə 806 xarici vətəndaş Gürcüstandan çıxarılıb.
Bu məqaləni paylaş
