Şimali Koreya heç vaxt nüvə dövləti statusundan imtina etməyəcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In bildirib.

“Respublika hökuməti nüvə dövləti statusunu bundan sonra da qətiyyətlə gücləndirəcək və bu status tam geri dönməzdir”, – deyə o qeyd edib.

Siyasətçinin sözlərinə görə, KXDR hakimiyyəti bunu “respublikaya qarşı yönəlmiş bütün təxribatçı addımları darmadağın etmək” məqsədilə edəcək.

Kim Çen In həmçinin rəsmi olaraq düşmən hesab edilən ölkəni də açıqlayıb.

“Xüsusilə, biz Cənubi Koreyanı ən düşmən dövlət kimi qiymətləndirəcək, onu açıq şəkildə rədd edəcək və görməzdən gələcəyik”, – deyə o bildirib.

O əlavə edib ki, Cənubi Koreyanın KXDR-in suverenliyinə qarşı istənilən addımı dərhal və sərt cavabla qarşılanacaq.