
Qırğızıstanda nazirə cərimə yazılıb.
Az.shafaqna.com xəbər verir ki, ölkənin daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyi üçün inzibati qaydada cəzalandırılıb.
Məlumatı Nazirlik təsdiq edib.
Hadisə nazirin qadağan olunmuş yerdə siqaret çəkdiyini əks etdirən görüntülərin yayılmasından sonra baş verib.
Bundan sonra tərtib edilən protokol əsasında Niyazbekov təxminən 60 manat cərimələnib.































