
Bəhreyn və Küveyt hava məkanlarının bağlanma müddətini daha azı 12 saat uzadıblar.
Az.shafaqna.com xəbər verir ki, hər iki ölkənin aviasiya qurumları bu qərarı yerli vaxtla saat 16:00-a qədər qüvvədə saxlayacaq.
Məlumata görə, artıq 24 gündür ki, bu ölkələrin üzərindən mülki uçuşlar həyata keçirilmir.
Qeyd edək ki, regionda digər məhdudiyyətlər də qalmaqdadır: İran və İraqın hava məkanı tam bağlıdır, Qətərdə uçuşlara yalnız gün ərzində məhdud saatlarda icazə verilir, BƏƏ hava məkanı qismən açıqdır. İsraildə isə uçuşlar vaxtaşırı dayandırılır.
Həmçinin Suriyada da uçuşlar məhdudlaşdırılıb və bu məhdudiyyətlərin vaxtı 24 mart 21:00-dək uzadılıb. Hazırda ancaq Hələb hava limanı uçuşlar üçün açıqdır.






























