İranın Ali lideri: Türkiyə və Omana biz hücum etməmişik

İran Türkiyə və Omana hücum etməyib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam İnqilabının yeni Ali lideri Ayətullah Müctəba Xamenei bəyan edib.

O, İslam Respublikasının Türkiyə və Omanla yaxşı münasibətlərinin olduğunu qeyd edərək bildirib ki, bu ölkələrə atılan raketlər İran və ya digər Müqavimət Cəbhəsi qüvvələrinə aid deyil.

Ayətullah Müctəba Xamenei bu hadisələrin sionist İsrail rejimi tərəfindən törədilən hiylə və bu hiiylənin məqsədinin İranla qonşuları arasında ayrılıq, təfriqə yaratmaq olduğunu vurğulayıb. İslam İnqilabının Ali lideri deyib ki, bu cür təxribatlar digər ölkələrə qarşı da törədilə bilər.

Bu məqaləni paylaş