Az.shafaqna.com-un verdiyi xəbərə görə, Tunisin cənub sahillərində “Miscar” qaz hasilatı platformasında günlərlə çətin vəziyyətdə qalan 116 miqrant “Ocean Viking” gəmisi tərəfindən xilas edilib. Qeyri-qanuni miqrantlar fırtına zamanı platformaya sığınıblar.

Bu barədə “SOS Méditerranée” qeyri-hökumət təşkilatı məlumat verib.

Qeyd olunur ki, Tunisin sahil sularında xilas edilən miqrantlar arasında 40 azyaşlı, 13 qadın, bir uşaq və iki körpə olub.