Azərbaycanda koronavirus statistikası, faizlər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 285 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan az.shafaqna.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 154 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225 246 nəfər müalicə olunaraq sağalıb, 3 158 nəfər vəfat edib, aktiv xəstə sayı 2 750 nəfərdir.

Ölkədə son sutka ərzində 6 783, hazırkı dövrədək isə 2 453 083 test aparılıb.
Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  97.44 faizi sağalıb,  1.19 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni  231154 nəfərin 1.37 faizi (3158 nəfər) dünyasını  dəyişib.

Bu məqaləni paylaş