
Azərbaycan və Özbəkistan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.
Az.shafaqn.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat verib.
Ceyhun Bayramov və Baxtiyor Saidov Bakı və Daşkənd arasındakı münasibətləri, ölkələr arasındakı əməkdaşlıq məsələlərini, həmçinin Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə ediblər.
Bundan başqa, nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.






























