
İranın nüvə doktrinası həmişə dinc məqsədli olub və Tehran atom bombası əldə etməyə can atmayıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərakçi bəyan edib.
O deyib ki, ölkəsi hər zaman dinc nüvə enerjisindən istifadə hüququnu həyata keçirməyə çalışıb və bu istiqamətdə də işlər görüb.
Ərakçi əlavə edib ki, İranın yeni Ali lideri Ayətullah Müctəba Xamenei hələ nüvə silahı məsələsi ilə bağlı öz mövqeyini açıqlamayıb.
“Anladığım qədər, (yeni Ali liderin) mövqeyi bizim əvvəlki siyasətimizdən çox fərqlənməyəcək, lakin biz Ayətullah Müctəba Xameneinin nöqteyi-nəzərini öyrənənədək gözləməliyik“, – deyə o qeyd edib.
Xatırladaq ki, İran atom bombası hazırlamadığını dəfələrlə bəyan edib, hətta İslam İnqilabının şəhid Ali lideri Ayətullah Xamenei nüvə silahını qadağan edən fətva da vermişdi.
ABŞ və İsrail isə İranın atom bombası hazırladığını iddia edərək 28 fevralda İrana qarşı müharibə başladıb.






























