Rusiyada mübarək Ramazan ayında 200 müsəlman ailə pulsuz şəkildə evlə təmin edilib.
Az.shafaqna.com xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznı şəhərində 200 ədəd 2 mərtəbəli həyət evləri aztəminatlı və çoxuşaqlı, həmçinin əlil övladı olan ailələrə təhvil verilib.
Həmin həyət evlərindən ibarət kiçik qəsəbənin inşası 6 aydan da tez başa çatıb.
Evlər imkanı olmadığı üçün öz şəxsi evi olmayan və kirayədə və ya qohumlarının evində qalmaq məcburiyyətində olan ailələrə verilib.
Bu məqaləni paylaş
