
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 404 yoluxma halı qeydə alınıb, sağalanların sayı – 799, ölənlərin sayı 14 nəfər olub.
Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 262024 nəfər koronavirusa yoluxub, 253614 nəfər sağalıb, 3283 nəfər isə vəfat edib.
Hazırda 450 karantin rejimində, 2230 nəfər xəstəxanada, 294 nəfər isə COVİD 19 otelindədir.






























