Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5 207 mln. manat olmaqla, əvvəlki ilin göstəricisinə nisbətən 0,3% artıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 4 536,4 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 0,8% azalma deməkdir.

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:

Fəaliyyət növlərinin adı 2026-ci ilin yanvar- fevral aylarında istehsal edilib, milyon manat Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə
Mədənçıxarma sənayesi 5 207 100,3
Xam neft və təbii qaz hasilatı 4 536,4 99,2
Metal filizlərinin hasilatı 157,2 135,2
Mədənçıxarma sənayesinin digər sahələri 32,6 91,4
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi 480,8 120,2

Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 4 331,9 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 6 496,8 mln. kub metr təşkil edib.

Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin göstəricisi ilə müqayisədə 3% azalıb, əmtəəlik qaz hasilatı isə 3% artıb.

Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:

Məhsul növləri 2026-cı ilin yanvar- fevral aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.03.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Xam neft və təbii qaz hasilatı
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton 4 343,2 97 257,2
ondan əmtəəlik 4 331,9 97 257,2
Təbii qaz, milyon kub metr 8 187,9 102,3
ondan əmtəəlik 6 496,8 103