4 aydır itkin düşən hərbçimizin şəhid xəbəri gəlib.

Az.shafaqna.com xəbər verir ki, Tərtər rayon Köçərli kənd sakini olan 1991-ci il təvəllüdlü Ələkbərli Ələkbər bu gün torpağa tapşırılıb.

Yaxınlarının sözlərinə görə, Ə. Ələkbər döyüşlərə tankçı kimi qatılıb.

Onun barədə 4 ay idi xəbər yox idi. Şəhidimiz nəşi bu gün ailəsinə təhvil verilib.

Əvvəlki məqaləŞəhid Mübariz İbrahimov – Shafaqna Video
Növbəti məqalədəGürcüstanda sutkalıq koronavirus statistikası