Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 (fevralın 5-də 138) yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.shafaqna.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (fevralın 5-də 5) vəfat edib.

İndiyədək ölkəmizdə ümumilikdə 231022 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 224961 nəfər müalicə olunaraq sağalıb, 3156 nəfər vəfat edib, aktiv xəstə sayı 2905 nəfərdir.

Son sutka ərzində 6582, hazırkı dövrədək isə 2446300 test aparılıb.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  97.38 faizi sağalıb,  1.26 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni  231022 nəfərin 1.37 faizi (3156 nəfər) dünyasını  dəyişib.

Əvvəlki məqaləSəfir, attaşe və xarici təşkilat nümayəndələri Xudafərin körpüsündə olublar
Növbəti məqalədəŞəhid Mübariz İbrahimov – Shafaqna Video