Az.shafaqna.com-un verdiyi xəbərə görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlinə cavab olaraq Tehran Ben-Qurion aeroportunda yerləşən İsrailin yanacaq dolduran təyyarələrinə zərbə endirib.
“Bu gün səhərdən etibarən Laricaninin qisasını almaq məqsədilə sionist rejimin Ben-Qurion aeroportundakı yanacaq dolduran təyyarələrinin yerləşdiyi yerə pilotsuz uçuş aparatları dalğası yönəldilib”, — İran ordusunun bəyanatını Fars agentliyi yayımlayıb.
Qeyd edək ki, 17 martda İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail ordusu tərəfindən endirilən zərbə nəticəsində həlak qətlə yetirilib.
Daha sonra İran rəsmiləri onun şəhid olması barədə məlumatı təsdiqləyiblər.
Bu məqaləni paylaş
