İspan sənətçilərdən müharibəyə son və Fələstin azadlığına çağırış

Az.shafaqna.com-un verdiyi xəbərə görə, İspaniyanın paytaxtı Madriddə keçirilən 34-cü Aktyorlar İttifaqı mükafat mərasimində çıxışların əsas mövzusu “müharibəyə yox” və “insan hüquqlarının pozulması” olub. İspaniyalı sənətçilər mərasim zamanı müharibələrin dayandırılmasına çağırış edərək “Azad Fələstin”ə dəstək ifadə ediblər.

İspaniyanın “La Razon” nəşrinin məlumatına görə, tədbirdə səsləndirilən çıxışlarda əsas diqqət müharibələrə qarşı mövqe və insan hüquqları pozuntularına yönəlib. Sənətçilər, həmçinin son “Oskar” mükafatlandırma mərasimində yaşanan “utancverici” vəziyyətə diqqət çəkiblər. Qeyd olunub ki, həmin mərasimdə ancaq ispaniyalı aktyor Xavyer Bardem “Fələstinə azadlıq” çağırışı edib.

Qeyd edək ki, Madriddə keçirilən mərasimdə iştirak edən sənətçilərin yaxalarında “Sənətçilər Fələstinin yanındadır” və “Müharibəyə yox” şüarları yazılmış nişanlar da diqqət çəkib.

Bu məqaləni paylaş