İşıqforlarda saniyəölçən tablolar niyə yığışdırılıb? – AÇIQLAMA

Bakıda işıqforlarda saniyəölçən tabloların tədricən yığışdırılmasının səbəbi açıqlanıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Təhlillərə əsasən işıqforlarda rəqəmli tablolar olduğu zaman bəzi sürücülər yaşıl işığın sönməsinə qısa müddət qaldıqda uzaq məsafədən sürəti artıraraq kəsişmədən keçməyə cəhd edirlər.

“Bu cür davranışlar yollarda qəza riskinin artmasına, piyada keçidlərində isə piyadavurma hallarına səbəb olur. Rəqəmli tablolar olmayan işıqforlarda isə bu hallar az müşahidə edilir. Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə işıqforlar quraşdırılarkən rəqəmli tablolardan istifadə edilmir”.

Bu məqaləni paylaş