
Az.shafaqna.com-un verdiyi xəbərə görə, Tehran İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlini terror aktı hesab edir.
Bu barədə İran XİN-in bəyanatında deyilir.“Şübhəsiz ki, bu terror aktları nəinki İran millətinin təhlükəsizliyin qorunması və milli maraqların müdafiəsi məsələlərində dəmir iradəsini sarsıtmaz, əksinə, xalqın və İran rəsmi şəxslərinin öz ölkəsini müdafiə etmək qətiyyətini dəfələrlə artıracaq”, – nazirlikdə vurğulanıb.
Nazirlik terror aktını pisləyib və Tehranın BMT-dən ABŞ və İsrailin ölkəyə qarşı təcavüzünə qəti reaksiya gözlədiyini bildirib.
17 martda İsrail müdafiə naziri İsrael Katz Laricaninin İsrail ordusu tərəfindən endirilən zərbə nəticəsində həlak olduğunu bildirib.
Daha sonra İran rəsmiləri Ali Milli Təhlükəsizlik Şurasının katibinin şəhid olduğunu təsdiqləyiblər.
İran Prezidenti Məsud Pezeşkian Laricaninin ölümü ilə əlaqədar başsağlığı verib və günahkarlara sərt qisas vəd edib.






























