İranın Ali lideri atəşkəs təklifini rədd etdi

İran İslam İnqilabının Ali lideri Ayətullah Müctəba Xamenei atəşkəs təklifini rədd edib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi anonim iranlı rəsmiyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, İslam Respublikasının Ali lideri vasitəçilərin Tehrana çatdırdığı atəşkəs təklifi geri çevirərək öncə ABŞ və İsrailin diz çökdürülməli olduğunu bildirib.

Əlavə edilib ki, Ayətullah Müctəba Xamenei ABŞ və İsrailə qarşı “olduqca sərt və ciddi” qisas mövqeyindədir.

Mənbənin sözlərinə görə, adı açıqlanmayan iki vasitəçi ölkə İran Xarici İşlərinə Nazirliyinə “ABŞ-la gərginliyin azaldılması və ya atəşkə” təklifini çatdırıb. İran tərəfi isə bu təklifə yox deyərək, ABŞ və İsrailin diz çökdürülməli, öz məğlubiyyətlərini etiraf etməli və təzminat ödəməli olduqlarını bəyan edib.

Bu məqaləni paylaş