
Az.shafaqna.com xəbər verir ki, Afrika qitəsinin ilk və ən qədim məscidi müasir Eritreya ərazisində yerləşir.
“Məscid əl-Səhabə” adlı müsəlman ibadətgahının 7-ci əsrin əvvəllərində inşa edildiyi ehtimal edilir.
“Səhabələr məscidi” həzrəti Məhəmməd peyğəmbərin (s) dövründə Ərəbistan yarımadasından Həbəşistana hicrət edən ilk müsəlman mühacir səhabələr tərəfindən tikilib.






























