
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, BMT Baş katibi Antoniu Quterreş bəyan edib ki, dünyadakı bütün sərvətin yarısı 26 nəfərə məxsusdur.
O qeyd edib ki, dünya əhalisinin 70 faizindən çoxu artan bərabərsizlik şəraitində yaşayır.
“Dünyanın ən varlı 26 insanı dünya əhalisinin yarısının sahib olduğu nemətlərə sahibdir“, – deyə o əlavə edib.
O həmçinin deyib ki, inkişaf etməkdə olan ölkələr pandemiya şəraitində daha da zəif iqtisadi vəziyyətə düşdülər. Quterreş bu ölkələrin borclarının silinməsinə dair çağırış edib.






























