Son günlər ərzində Gürcüstanda 78 nəfər qanunsuz miqrant saxlanılıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər Azərbaycan, Ermənistan, Belarus, Almaniya, Misir, Zimbabve, Türkiyə, Türkmənistan, Yəmən, Hindistan, Konqo, Nigeriya, Rusiya, CAR, Qırğızıstan və Çin vətəndaşlarıdır. Onlar ölkədən deportasiya ediliblər.
Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən, həmin şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.
Bu məqaləni paylaş
