2022-ci il yanvarın 1-i üçün Gürcüstanın bütün rayonları fövqəladə hallar riskinin qiymətləndirilməsi məqsədi ilə təhlükəsizlik pasportları ilə təmin ediləcəklər.

Az.shafaqna.com Gürcüstan KİV-inə istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin qərarında deyilir.

Belə təhlükəsizlik pasportlarının yardımı ilə Fövqəladə hallar üzrə xidmət fövqəladə vəziyyətlərin aradan qaldırılmasına dair optimal qərar qəbul etmək imkanına malik olacaq.

Pasportlarda rayonun xəritəsi, onun sahəsi və əhalisinin sayı göstəriləcək. Həmçinin həyati əhəmiyyətli obyektlərin yerləşdiyi yaşayış məntəqələrinin siyahısı və bir sıra digər vacib məlumatlar təqdim olunacaq.