Berlin Vaşinqtonin tələbini yerinə yetirməkdən imtina edib.
Az.shafaqna.com xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius məsələ ilə bağlı açıqlama verib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə səslənərək Hörmüz boğazına hərbi gəmilər göndərməyi istəyib.
Pistorius deyib ki, Almaniya öz hərbi gəmilərini Hörmüz boğazına göndərməyəcək.
“Bu, bizim müharibəmiz deyil, onu biz başlatmamışıq. Biz diplomatik həll və onun tezliklə başa çatmasını istəyirik, lakin (bölgəyə göndəriləcək) əlavə hərbi gəmilər çətin ki, bu işə səbəb olsun”, – deyə o qeyd edib.
“Amerikalılar İsrail ilə birlikdə bu yolu seçiblər. Biz yalnız olduqca mülayim tənqid səsləndirmişik. Lakin növbəti addım özündə bizi bu münaqişəyə cəlb etmək təhlükəsini daşıyır”, – deyə alman nazir vurğulayıb.
O əlavə edib ki, Almaniya üçün əsas öhdəlik zonası NATO-nun şərq cinahı və Atlantik okeanıdır.
Qeyd edək ki, Trampın səsləndiyi digər ölkələr də onun bu istəyinə “yox” cavabını veriblər.
ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb. İran isə əsla təslim olmayacağını elan edərək əks-hücumlara başlayıb və Hörmüz boğazını bloklayıb.
