İraq yaxın günlərdə Türkiyəyə neft axını bərpa edə bilər

İraq yaxın bir həftə ərzində Kərkük ilə Ceyhanı birləşdirən 970 kilometrlik köhnə neft kəmərini yenidən istifadəyə verməyi planlaşdırır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İraqın neft naziri Həyan Əbdül Qəni məlumat verib.

Nazirin videomüraciətində bildirilir ki, Kərkükdən neftin nəqli üçün nəzərdə tutulan və gündə 200–250 min barel ötürmə gücünə malik olan İraq–Türkiyə neft kəməri hazırda son yoxlama və bərpa mərhələsindədir.

Onun sözlərinə görə, prosesin tamamlanması üçün yalnız hidrostatik sınaqların keçirilməsi qalıb. Bu sınaqlardan sonra neft İraqın Kürdüstan bölgəsinin ərazisindən yan keçərək birbaşa Kərkük yataqlarından kəmərə ötürülə biləcək.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş