ABŞ İrana qarşı təxribat hazırlayır – XƏBƏRDARLIQ

ABŞ İrana qarşı istifadə etmək üçün təxribat hazırlayır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani xəbərdarlıq edib.

“Eşitmişəm ki, Epşteyn şəbəkəsinin yerdə qalan üzvləri (2001-ci il) 11 sentyabr insidentinə bənzər bir hadisə səhnələşdirmək və ardınca da İranı bunda ittiham etmək üçün plan hazırlayıblar”, – deyə o qeyd edib.

Laricani vurğulayıb ki, İran prinsipial və qəti şəkildə bu cür terror fəaliyyətlərinə qarşıdır. O xatırladıb ki, İslam Respublikasının müharibəsi ABŞ rəhbərliyinə qarşıdır və İran amerika xalqına qarşı müharibə aparmır.

İranlı rəsmi bəyan edib ki, İslam Respublikası ABŞ və İsrailin başlatdığı aqressiyanın müqabilində özünü müdafiə edir.

O əlavə edib ki, İran təcavüzkarlara dərs vermək üçün güclü və qətiyyətli bir mövqe nümayiş etdirir.

Bu məqaləni paylaş