
Qazaxıstanda yeni Konstitusiya ilə bağlı keçirilən referendumda saat 14:00-a olan məlumata görə seçici fəallığı 51,93% təşkil edib.
Az.shafaqna.com xəbər verir ki, Bu göstərici qanunvericiliyə əsasən səsvermənin keçərli sayılması üçün kifayət edir.
Bu rəqəmlər Mərkəzi Referendum Komissiyasının brifinqində açıqlanıb.
Komissiyanın katibi bildirib ki, ümumilikdə 6 471 378 nəfər, yəni seçicilərin 51,93%-i səsvermədə iştirak edib.
Qanuna əsasən referendumun nəticələrinin etibarlı sayılması üçün seçici fəallığı qeydiyyatda olan seçicilərin ən azı 50%-ni keçməlidir. Hazırda iştirak səviyyəsi bu həddi artıq keçib.






























