Az.shafaqna.com-un verdiyi xəbərə görə, BMT-nin humanitar agentlikləri Livana İsrail tərəfindən edilən təcavüzün davam etdiyi və sıx məskunlaşmış ərazilərə hücumlar nəticəsində insanların kütləvi şəkildə evlərini tərk etmələrinə səbəb olan məcburi köçkünlərin sayında kəskin artım qeydə alır.
Bu barədə Livan mətbuatı məlumat yayıb.
Məlumata əsasən, 822 mindən çox livanlı rəsmi olaraq məcburi köçkün kimi qeydiyyata alınıb. Təxminən 128 min insan 600 dövlət mərkəzində sığınacaq tapıb. Sığınacaqların çoxu həddindən artıq doludur.
Sığınacaqlarda həddindən artıq sıxlıq səbəbindən bir çox ailə maşınlarda və ya açıq havada gecələyir. 300-dən çox dövlət məktəbi məcburi köçkünlər üçün müvəqqəti yaşayış mərkəzlərinə çevrilib və bu da 110 mindən çox şagirdin məktəbə getmək imkanından məhrum olmasına səbəb olub.
