
Az.shafaqna.com-un verdiyi xəbərə görə, Yaxın Şərqdəki eskalasiya fonunda Hindistana yollanan maye qaz daşıyan tanker Hörmüz boğazını keçib.
Bu barədə Hindistanın NDTV kanalı öz saytında məlumat yayıb.
Bildirilib ki, gəmi bu gün gündüz saatlarında heç bir insident olmadan boğazdan keçib. Tezliklə Hindistana daha bir tankerin yola düşəcəyi qeyd olunub.
Daha əvvəl İranın Hindistandakı səfiri Məhəmməd Fəthəli bildirmişdi ki, Tehran Hindistana yollanan gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsinə imkan yaradacaq.






























