ABŞ-da Kapitoli binası qarşısında iğtişaşlarda iştirakda şübhəli bilinən qadın, 8 uşaq anası Reyçel Pauell saxlanılıb.
Az.shafaqna.com “RİA Novosti”yə istinadla xəbər verir ki, daha öncə FTB agentləri dəlillər aşkarlamaq və onun harada olduğu barədə informasiya əldə etmək üçün Pauellin evində axtarış aparıblar.
Məsələ burasındadır ki, hüquq mühafizə orqanlarının maraq dairəsinə düşdüyünü hiss edən qadın 1 həftə öncə azyaşlı uşaqları ilə birlikdə evi tərk edibmiş
Pauell cümə günü saxlanılıb. Onun Kapitoli qarşısında etirazçıları səsgücləndirici vasitəsi ilə istiqamətləndirməsi anlarının videogörüntüləri də yayılıb. Pauell həmçinin Kapitoli pəncərələrinin sındırılması zamanı da görüntülənib.
Bu məqaləni paylaş