
Rəsmi Minsk onun daxili işlərinə müdaxilə edənləri hədələyib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
“Mən demirəm ki, biz sabah bu “Oreşnik”lə Vilnüsü, Varşavanı və ya Kiyevi vuracağıq. Allah etməsin. Bu, bizim məqsədimiz deyil. (Lakin) biz öz ölkəmizi müdafiə etməliyik. Odur ki, “Oreşnik”in işə düşməməsi üçün, siz bizim işlərimizə qarışmayın. Nə Ukraynadan, nə Polşadan, nə Litvadan, nə də Latviyadan (müdaxilə edin). Gəlin, məsələləri insan kimi həll edək“, – deyə o bildirib.
“Düşünürsünüz ki, əgər onlar Belarus ərazisindəki obyektləri qanuni hədəf elan etsələr, mən yatacağam və kənardan baxacağam?! Bizm də onlara gedib çatacaq (silahlarımız) var. Ona görə də mən onlara boş-boş danışıb boşboğazlıq etməməyi məsləhət görürəm“, – deyə o qeyd edib.
Lukaşenko “Oreşnik”in mobil bir silah olduğunu xatırladıb.
Qeyd edək ki, Rusiya “Oreşnik” ballistik raketlərini Belarus ərazisinə yerləşdirib.






























