Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.
“Az.shafaqna.com” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb:
“2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8.1 milyard manat vəsait ayrılıb (2024-cü illə müqayisədə 1.5 mlrd. manat və ya 23% çox)”.
O qeyd edib ki, ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edilib:
Baş nazir əlavə edib ki, hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.
Bu məqaləni paylaş
